Bakı. 5 oktyabr. REPORT.AZ/ Təfəkkür Universitetinin Kiyev filialının sabiq rektoru Riyad Əliyev “İnterpol”un əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə “Report”a Almaniyada yaşayan azərbaycanlılardan biri məlumat verib.
O, Almaniyanın Nürnberq şəhərindəki istintaq təcridxanasına aparılıb.
Qeyd edək ki, R.Əliyev 5 may 2015-ci il tarixdən “İnterpol” xətti ilə axtarışda idi.