İnterpol xətti ilə axtarışa verilmiş Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılıb

İnterpol xətti ilə axtarışa verilmiş Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılıb Onun ekstradisiyası üçün tədbirlər görülür
Hadisə
18 Oktyabr , 2016 13:59
İnterpol xətti ilə axtarışa verilmiş Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Vüsal Rüstəmov Qazaxıstan Respublikasında tutulub.

Onun ekstradisiyası üçün tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi