​İnterpol xətti ilə axtarışa verilən Azərbaycan vətəndaşı Tbilisidə saxlanılıb

​İnterpol xətti ilə axtarışa verilən Azərbaycan vətəndaşı Tbilisidə saxlanılıb Onun Almaniyaya ekstradisiyasının hüquqi tərəfləri araşdırılır
Hadisə
16 İyun , 2016 11:25
​İnterpol xətti ilə axtarışa verilən Azərbaycan vətəndaşı Tbilisidə saxlanılıb

Bakı. 16 iyun. REPORT.AZ/ İnterpol tərəfindən barəsində axtarış elan edilən Azərbaycan vətəndaşı Elvin İ. Tbilisidə saxlanılıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, Türkiyədən Gürcüstana keçən zaman tutulub. 

İnformasiyaya əsasən, Elvin İ. barəsində axtarış bu il fevralın 26-da İnterpolun Almaniyanın Visbaden şəhərindəki bölməsi tərəfindən elan edilib.

Məlumatda bildirilib ki, o, Almaniyanın Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunaraq axtarışa verilib. Elvin İ. ağırlaşdırıcı şəraitdə qarət törətməkdə şübhəli bilinir.

Xəbərə görə, onun Almaniyaya ekstardisiyasının hüquqi tərəfləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi