Yuxarı

​“İnterpol”un “qırmızı xətti” ilə axtarışda olan azərbaycanlı Barselona şəhərində tutulub

Onun Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır

Bakı. 8 oktyabr. REPORT.AZ/ “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilmiş azərbaycanlı İspaniyanın Barselona şəhərində tutulub. “Report” xəbər verir ki, Cinayət Məcəlləsinin iki maddəsi ilə axtarışda olan Əkbər Məhəmməd oğlu Vəliyevin Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.

Qeyd edək ki, Ə.Vəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Daha sonra o, “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib.

Ə.Vəliyevin məhkəməsi Azərbaycanda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi