"İnterpol" tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı hava limanında saxlanılıb

"İnterpol" tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı hava limanında saxlanılıb O, Xarkovdan Antalyaya uçmaq istəyib
Hadisə
2 İyul , 2018 12:34
İnterpol tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı hava limanında saxlanılıb
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları "İnterpol" tərəfindən qətl və soyğunçuluğa görə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb. 

Bu barədə "Report" "İnterfaks-Ukrayina" agentliyinə istinadən xəbər verir.

"Dünən Xarkov-Antalya reysinin sərnişinlərinin qeydiyyatı zamanı Azərbaycan vətəndaşının adı "İnterpol" məlumat bazasında çıxıb. Otuz yeddi yaşlı kişi qətl və soyğunçuluğa görə beynəlxalq axtarışda olub", - Ukrayna Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Tutulan şəxs Ukrayna Milli Polisinin nümayəndələrinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi