"İnterpol" axtarışı ilə həbs edilən şəxsə hökm oxunub

"İnterpol" axtarışı ilə həbs edilən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə ittiham edilən Müşvid Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
18 İyun , 2019 13:25
İnterpol axtarışı ilə həbs edilən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə ittiham edilən Müşvid Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə hakim Əliövsət Abasovun sədrlik etdiyi kollegiyanın hökmü ilə M.Mürsəlov 11 il müddətə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ulə tələb etmə) maddəsi ilə təqsirli bilinib.

Cinayət işi üzrə Vəli Əmirov, Rahim Muradov, Afərin Cavadova və bir ailənin 3 üzvü Rübabə Xudiyeva, Qorxam Xudiyev və Qətibə Xudiyeva zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş Mürsəlov Müşvid Daşdəmir oğlu Azərbaycan hüdudlarından qaçaraq istintaqdan yayındığna görə, 2017-ci ilin may ayında Azərbaycan onu "İnterpol" xətti ilə axtarışa verib. Bu ilin fevral ayında M. Mürsəlov saxlanaraq Azərbaycana təhvil verilib.

Son xəbərlər

Orphus sistemi