​İnternat məktəbində şagirdin yanıq xəsarəti alması ilə bağlı aidiyyəti şəxslər cəzalandırılıb

​İnternat məktəbində şagirdin yanıq xəsarəti alması ilə bağlı aidiyyəti şəxslər cəzalandırılıb Uşağın valideyni dərhal internat məktəbinin rəhbərliyi tərəfindən məktəbə dəvət olunub və məsələ ilə bağlı məlumatlandırılıb
Hadisə
139
5 Noyabr , 2014 15:12

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyi Bakı şəhərindəki11 saylı İnteqrasiya təlimli internat məktəbində baş vermiş hadisə ilə bağlı açıqlama verib. Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü il oktyabrın 30-da məktəbin şagirdləri Surxay və Fateh çay içərkən ehtiyatsız hərəkət ediblər. Nəticədə  Fatehin çiyin nahiyəsində yüngül yanıq xəsarəti alıb. Hadisə baş verən kimi tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər.

Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb.

“Hazırda uşağın səhhəti tam normaldır, dərslərdə iştirak edir və sinif yoldaşları ilə oynayır, eyni zamanda internat məktəbinin tibb bacısının gündəlik diqqət və qayğısı ilə əhatə olunub. Uşağın valideyni internat məktəbinin rəhbərliyi tərəfindən məktəbə dəvət olunub və məsələ ilə bağlı məlumatlandırılıb” – deyə, məlumatda bildirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri internat məktəbində olub, Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşı ilə birlikdə araşdırma aparılıb. Səhlənkarlığa yol verdiklərinə görə aidiyyəti şəxslər barəsində inzibati cəza tədbiri görülüb.

Son xəbərlər

Orphus sistemi