Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı
"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Mədinə Rzayeva (ad və soyad şərti) "İnstagram" sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.İsmayılzadə və qohumu Ş.Abbasov zərərçəkmişdən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.
İttihama görə, həmin şəxslər qadından, ümumilikdə, 13 min manata yaxın pul alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Abbasov 8 il, S.İsmayılzadə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.