Saxta profillər vasitəsilə özünü onlayn silah satan şəxs kimi təqdim edən Şəki sakini saxlanıb

Saxta profillər vasitəsilə özünü onlayn silah satan şəxs kimi təqdim edən Şəki sakini saxlanıb Elşən Ağaməmmədzadə zərərəçəkənlərin pullarını banklarda olan şəxsi hesablarına köçürüb və nağdlaşdıraraq ələ keçirib
Hadisə
2 May , 2016 14:29
Saxta profillər vasitəsilə özünü onlayn silah satan şəxs kimi təqdim edən Şəki sakini saxlanıb

Bakı. 2 may. REPORT.AZ/ Daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində “Instagram” və “Facebook” sosial şəbəkələrində saxta profillər vasitəsilə özünü guya onlayn silah satan şəxs kimi təqdim edərək çoxsaylı vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların külli miqdarda pul vəsaitlərini ələ keçirən Şəki rayon sakini Elşən Ağaməmmədzadə saxlanıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Ağaməmmədzadə “Instagram” sosial şəbəkəsində yaratdığı “arif_memmedov.85”, eləcə də “baku_orujie_online” adlı səhifələrdə travmatik və pnevmatik silahların internetdən götürdüyü şəkillərini yerləşdirərək onların satışını apardığını elan edib

Silah almaq istəyən şəxslər online sistemlər vasitəsilə ödəniş edəndən sonra E.Ağaməmmədzadə zərərəçəkənlərin pullarını banklarda olan şəxsi hesablarına köçürüb və nağdlaşdıraraq ələ keçirib.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi