İnsan orqanı alverində təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkmişlər dindirilib

İnsan orqanı alverində təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkmişlər dindirilib Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
7 May , 2019 11:40
İnsan orqanı alverində təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkmişlər dindirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rauf Şirəliyev ifadə verib.

O, böyrəyini pulsuzluq üzündən özü könüllü şəkildə satdığını deyib və V.Xudadatovdan heç bir şikayət və tələbinin olmadığını söyləyib.

R.Şirəliyev istintaqa verdiyi ifadəsində isə qeyd edib ki, öncə böyrəyini 15 min satmaq istəsə də, 8 min manata razılaşıb: “Vahib özünü Sahib kimi təqdim etdi. Daha sonra Bakıda Tibb Universitetinin klinikasında analiz verib, böyrəyimin respientə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün İrana getdik. Böyrək köçürülməsi əməliyyatı isə Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutdu. O, əməliyyatdan sonra da həmin 8 mini aldım”.

R.Şirəliyev həyat yoldaşı Sevinc Şirəliyeva isə istintaqa ifadəsində bildirib ki, maddi çətinliyə görə əri böyrəyini satıb. Daha sonra S.Şirəliyeva da böyrəyini 12 min dollara satıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Cinayət işində 27 zərərçəkmiş var.

Xatırladaq ki, V.Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.

Son xəbərlər

Orphus sistemi