Bakı
"Report"un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.
Qeyd edək ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü G.Quliyeva barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib. Daha sonra o, xaricdən Bakıya gələrkən İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı aeroportunda saxlanılıb.