​İnsan alverində təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb

​İnsan alverində təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası mayın 10-da keçiriləcək
Hadisə
4 May , 2016 10:40
​İnsan alverində təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 4 may. REPORT. AZ/ Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən İrina Qəmbərova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 10-da keçiriləcək.

Qeyd edək ki, İ.Qəmbərova ötən il insan alverində təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri-iki və ya daha çox şəxs barəsində törədildikdə) və 144-1.2.5-ci (insan alveri-qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub.

Bu ilin mart ayının 9-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi