Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən İrina Qəmbərovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Qəmbərova Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham olunub.