​Bakıda insan alverində təqsirləndirilən qadına hökm oxunub

​Bakıda insan alverində təqsirləndirilən qadına hökm oxunub O, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
16 Dekabr , 2015 16:30
​Bakıda insan alverində təqsirləndirilən qadına hökm oxunub

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Esmira Seyidovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Seyidova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Seyidova Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, qadınları xarici ölkələrə apararaq onları orada cinsi istismara məruz qoymaqda ittiham olunub.

Son xəbərlər

Orphus sistemi