Yuxarı

İnsan alverində təqsirləndirilən qadın apellyasiya şikayəti verib

İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq

Bakı. 20 avqust. REPORT.AZ/ İnsan alverində təqsirləndirilən Nailə Bağır barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 24-nə təyin edilib.

İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, N.Bağır 2013-cü ildə N.M və B.S (adlar şərtidir) adlı qadınları Türkiyəyə apararaq, onları cinsi istismara qoyub. Zərərçəkmişlər 2016-ci ildə N.Bağırdan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsininə şikayət ediblər. Daha sonra N.Bağır saxlanılıb.

O, Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub.

Bu il iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Bağır 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib.

Xatırladaq ki, N.Bağır 2009-cu ildə də eyni əmələ görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində onun cəzası 3 ilə endirilib. 2012-ci ildə azadlığa çıxıb, məhkumluğu tam ödənilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi