İnsan alverində ittiham olunan qadına hökm oxunub

İnsan alverində ittiham olunan qadına hökm oxunub Xanım İsmayılova 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
12 İyul , 2016 16:23
İnsan alverində ittiham olunan qadına hökm oxunub

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan 1966-cı il təvəllüdlü Xanım İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.İsmayılova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər sakini X.İsmayılova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

O, bir qrup şəxslə əlbir olaraq Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin İstanbul şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi