Yuxarı

İnquşetiyanın ekstremizmə qarşı mübarizə şöbəsinin keçmiş rəhbəri Azərbaycan vətəndaşını döyməkdə şübhəli bilinir

İnquşetiyanın ekstremizmə qarşı mübarizə şöbəsinin keçmiş rəhbəri Azərbaycan vətəndaşını döyməkdə şübhəli bilinir
Timur Xamxoyev və onun tabeliyində olan bir neçə şəxs saxlanılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İnquşetiya Respublikası üzrə ekstremizmə qarşı mübarizə Mərkəzinin keçmiş rəhbəri Timur Xamxoyev və onun tabeliyində olan bir neçə şəxs saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, onlara qarşı vəzifəsindən sui-istifadə edərək zor tətbiq etməklə vətəndaşların hüquq və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran cinayətlər törətməklə bağlı ittiham irəli sürülüb.

İstintaq Mərkəzinin keçmiş rəhbərinin və bu bölmənin əməliyyat müvəkkilinin 2016-cı il noyabrın 9-da Azərbaycan vətəndaşının döyülməsində əli olduğunu müəyyənləşdirib. Belə ki, Qarabulaq şəhərində özünü hüquq-mühafizə xidmətinin əməkdaşları kimi təqdim edən silahlı şəxslər Azərbaycan Respublikasının vətəndaşını avtomobilə oturdaraq naməlum yerə aparıb, orada onu döyərək xarici markalı avtomobilini və telefonunu əlindən alıb. Ardından Azərbaycan vətəndaşını buraxan silahlılar maşın və telefonu geri qaytarmalarının qarşılığında ondan bir ay ərzində 800 min rubl verməsini tələb ediblər.

Bundan əlavə, bu il iyulun 15-də respublika üzrə DİN əməkdaşları şəhər sakinini və onun həyat yoldaşını döyərək, onlardan Sunja bölgəsində "Rosselxozbank"ın ofisinə quldur hücumunda iştiraklarını etiraf etmələrini tələb ediblər. Elə həmin gün döyülən kişi Mərkəzin binasında ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi