İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 347-yə çatıb - YENİLƏNİB

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 347-yə çatıb - YENİLƏNİB Bakı. 8 avqust. REPORT.AZ/ İndoneziyanın Lombok adasında baş verən zəlzələdə ölənlərin sayı 347-yə çatıb.
Hadisə
8 Avqust , 2018 17:16
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 347-yə çatıb - YENİLƏNİB
ABC

Bakı. 8 avqust. REPORT.AZ/ İndoneziyanın Lombok adasında baş verən zəlzələdə ölənlərin sayı 347-yə çatıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentlikdən bildiriblər ki, Qanqqada 54, Kayanqanda 171, Bayanda 11, Tancunqda 54, Pemanqda isə 57 nəfərin meyiti aşkar edilib.

Xüsusilə dağıntı olan ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyat xüsusi texnikanın cəlb edilməsi ilə həyata keçirilir.


***12:29

İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroho məlumat verib.

Xatırladaq ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, avqustun 5-də Lombok adasında 6,6 maqnitudalı zəlzələ baş verib. Yerli hökumət orqanları isə zəlzələnin maqnitudasının 7 olduğunu bildirir.

Zəlzələnin episentri 319 min əhalisi olan Mataram şəhərindən 49 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə olub. 

Son xəbərlər

Orphus sistemi