İmişlidəki ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb

İmişlidəki ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb İmişli rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
13 Dekabr , 2019 10:01
İmişlidəki ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 12-də saat 21:30 radələrində, İmişli şəhəri Heydər Əliyev prospektində baş verib.

Belə ki, Beyləqan rayon sakini, 1991-ci il təvəllüdlü Quliyev Emin Allahverdi oğlunun idarə etdiyi “VAZ-21063” markalı avtomobili ilə İmişli rayon sakini, 1981-ci il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlunun idarə etdiyi “QAZ-33021” markalı yük maşını toqquşub.

Nəticədə E.Quliyev hadisə yerində ölüb. K.Mirzəzadə və “VAZ-21063” markalı avtomobildə olan sərnişin, Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Bayram Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi