İmişlidə yük avtomobilləri toqquşdu, ölən var

İmişlidə yük avtomobilləri toqquşdu, ölən var İmişlidə yol qəzası baş verib.
Hadisə
4 May , 2020 09:03
İmişlidə yük avtomobilləri toqquşdu, ölən var

İmişlidə yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İmişli rayonunda “KamAZ” və "QAZel" markalı iki yük avtomobili toqquşub. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "ГАЗел" markalı yük avtomobilinin sürücü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi