Yuxarı

​İmişlidə yol qəzasında ölən velosipedçinin şəxsiyyəti məlum olub

Faktla bağlı araşdırma aparılır

İmişli. 28 may. REPOERT.AZ/ İmişlidə gecə saatlarında baş verən yol qəzasında ölən velosipedçinin şəxsiyyəti müəyyənləşib. “Report”un Aran bürosu xəbər verir ki, ölən velosipedçinin meyiti daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə göndərilib. Müayinə zamanı məlum olub ki, meyit rayonun Göbəktala kənd sakini Zabil Əvəz oğlu Əmrahova məxsusdur. 

Qeyd edək ki, rayonun Şahverdili kəndi ərazisində “Mercedes” markalı avtomobil hərəkətdə olan velosipedi vurub. Nəticədə ağır yaralanan velosipedçi İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Xəstəxanada olduğu vaxt ölənin yanına kimsə gəlmədiyindən, eləcə də üstündə şəxsiyyət vəsiqəsi olmadığından, onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdı.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi