İmişlidə yol qəzası olub: xəsarət alanlar var

İmişlidə yol qəzası olub: xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
28 May , 2017 12:45
İmişlidə yol qəzası olub: xəsarət alanlar var
Courtesy İmage

İmişli. 28 may. REPORT.AZ/ İmişli rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobil ərzaq məhsulları daşıyan avtomobillə toqquşub. Nəticədə İmişli sakinləri - 17 yaşlı Alim İsa oğlu Cəfərov, 39 yaşlı Sədi Havar oğlu Əhmədov və Elton Tahir oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra onlardan ikisi – S. Əhmədov və E. Quliyev xəstəxananın travmotologiya, digər yaralı A. Cəfərovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi