İmişlidə yol qəzası olub, ölən var - YENİLƏNİB

İmişlidə yol qəzası olub, ölən var - YENİLƏNİB İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adalrı məlum olub.
Hadisə
158
1 Oktyabr , 2019 22:14
İmişlidə yol qəzası olub, ölən var - YENİLƏNİB

İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adalrı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Yalavac kənd sakini Səmədov Samir Ağalar oğlu idarə etdiyi İJ markalı motosiklet rayonun Qaravəlli kənd sakini, 1963-cü il təvəllüdlü Cahangirov İlham Hacı oğlunun idarə etdiyi "Mtz-82" markalı traktorla toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü ağır xəsarət alaraq dünyasını dəyişib.

Fakt araşdırılır. 

***20:11 İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Bəcirəvan kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "İJ" markalı motosiklet və "MTZ-82" markalı traktorla toqquşub. Hadisə zamanı ölən və yaralananların olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi