İmişlidə yol qəzası olub, 1 nəfər ölub, 3 nəfər yaralanıb

İmişlidə yol qəzası olub, 1 nəfər ölub, 3 nəfər yaralanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 İyun , 2017 10:28
İmişlidə yol qəzası olub, 1 nəfər ölub, 3 nəfər yaralanıb

İmişli. 24 iyun. REPORT.AZ/ İmişli-Beyləqan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Bəhramtəpə qəsəbəsində salınmış "Fin evləri" adlı məcburi köçkün şəhərciyində yaşayan 1989-cu təvəllüdlü Cəbrayıl Vaqif oğlu Quliyev və 1989-cu il təvəllüdlü Yasin Bayram oğlu Şirinov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Digər yaralı isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi