İmişlidə yol qəzası nəticəsində 3 nəfər yaralanıb

İmişlidə yol qəzası nəticəsində 3 nəfər yaralanıb Hadisə rayonun Qaradonlu kəndi ərazisində qeydə alınıb
Hadisə
10 İyul , 2017 23:49
İmişlidə yol qəzası nəticəsində 3 nəfər yaralanıb

İmişli. 10 iyul. REPORT.A/ İmişlidə 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaradonlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə “Jiquli”nin toqquşması nəticəsində İmişli rayon sakinləri - 33 yaşlı Emin Əli oğlu Zeynalov, 43 yaşlı Fatimə Mirhüseyn qızı Manafova və 29 yaşlı Rəvan Əbil oğlu Əbilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi