İmişlidə yol qəzası baş verib, xəsarət alan var

İmişlidə yol qəzası baş verib, xəsarət alan var İmişli. 15 noyabr. REPORT.AZ/ İmişli rayonunda yol qəzası baş verib.
Hadisə
15 Noyabr , 2018 20:43
İmişlidə yol qəzası baş verib, xəsarət alan var

İmişli. 15 noyabr. REPORT.AZ/ İmişli rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bəhrəmtəpə qəsəbəsi dairəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan, 1971-ci il təvəllüdlü Əhsən Çərkəz oğlu Əzizovun idarə etdiyi "Jiquli" markalı minik maşını arxadan gələn digər avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Əzizov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi