İmişlidə yol qəzası baş verib, ölən və yaralananlar var

İmişlidə yol qəzası baş verib, ölən və yaralananlar var İmişli rayonunda yol qəzası baş verib.
Hadisə
298
14 Fevral , 2020 21:01
İmişlidə yol qəzası baş verib, ölən və yaralananlar var

İmişli rayonunda yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 20:00 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə magistral avtomobil yolunun, rayonun Şahverdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini, 1974-cü təvəllüdlü Həsənov Nizami Məhərrəm oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən camışı vurub və nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər şəxslər, İmişli rayon Qaralar kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov İbrahim Etibar oğlu və Bəhrəmtəpə qəsəbə sakini, 2006-cı il təvəllüdlü İsayev Məhəmməd Cəfər oğlu ağır xəsarətlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi