İmişlidə yol qəzası baş verib: ölən və yaralananlar var

İmişlidə yol qəzası baş verib: ölən və yaralananlar var İmişli. 30 iyul. REPORT.AZ/ İmişlidə 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə
30 İyul , 2018 02:15
İmişlidə yol qəzası baş verib: ölən və yaralananlar var

İmişli. 30 iyul. REPORT.AZ/ İmişlidə 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Otuziki kəndində qeydə alınıb.

Belə ki, rayonun Soltanmuradlı kənd sakini, 1995-ci il təvəllüdlü Əzizov Mirxaliq Mirqiyas oğlu idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə toydan geri qayıdarkən qarşısına motosikl çıxıb və sürücü motosikiletlə toqquşmamaq üçün maşını yayındırmaq istəyən zaman yolun kənarındakı dərəyə yuvarlanıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib.

Rayonun Soltanmuradlı kənd sakinləri, 1968-ci il Əzizli Könül Murad qızı, 1972-ciil təvəllüdlü Əzizova Validə Qoçəli qızı, Gülalıyeva Gültəkin Hacıağa qızı və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi