Yuxarı
    Bağlamaq

    İmişlidə yol qəzası baş verib, ər və arvad xəsarət alıb

    Faktla bağlı araşdırma aparılır© Courtesy İmage

    İmişli. 29 aprel. REPORT.AZ/ İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə yol qəzası baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaradonlu-Məzrəli ərazisində qeydə alınıb.

    Belə ki, Məzrəli kənd sakini, 78 yaşlı Arzuman Əliş oğlu Nəsirov idarə etdiyi “Jiquli” markalı avtomobillə hərəkətdə olarkən digər avtomobillə toqquşub. Nəricədə “Jiquli”nin sürücüsü və avtomobildəki sərnişin, 73 yaşlı Tamella Əliş qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Qeyd edək ki, T.Nəsirova A.Nəsirovun həyat yoldaşıdır.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi