Yuxarı
    Bağlamaq

    ​İmişlidə yaşayış üçün istifadə olunan vaqon yanıb

    Hadisə Mil-Muğan düzündə baş verib

    Bakı. 18 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında İmişli rayonunda yanğın hadisəsi baş verib.

    "Report" xəbər verir ki, rayonun Mil-Muğan düzündə vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan (yaşayış üçün istifadə olunub) taxta konstruksiyalardan ibarət vaqon və içərisində olan ev əşyaları yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi