İmişlidə velosipedçiləri avtomobil vurub

İmişlidə velosipedçiləri avtomobil vurub İki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Hadisə
20 Aprel , 2016 07:57
İmişlidə velosipedçiləri avtomobil vurub

Bakı. 20 aprel. REPORT.AZ/ Ötən gün axşam saatlarında İmişlidə yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə İmişli-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qaragüvəndikli kənd sakinləri, 32 yaşlı Xaləddin Arıq oğlu Nuriyev və Ağabala İsmayıl oğlu Gülmalıyev velosipedlə hərəkətdə olarkən onları “Mercedes” markalı avtomobil vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki velosipedçi İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra onlar Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi