İmişlidə üç avtomobil toqquşub, yaralananlar var - YENİLƏNİB - VİDEO

İmişlidə üç avtomobil toqquşub, yaralananlar var - YENİLƏNİB - VİDEO İmişli rayonunda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Hadisə
21 Avqust , 2019 20:01
İmişlidə üç avtomobil toqquşub, yaralananlar var - YENİLƏNİB - VİDEO
Report

İmişli rayonunda yol qəzasında xəsarət alanların kimliyi məlum olub. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, bunlar 1968-ci il təvəllüdlü Dostməmməd Zöhrab oğlu Əsgərov, 1981-ci il təəvəllüdlü Adəm Tacir oğlu Cabbarov və Eyvaz Təvəkkül oğlu Soltanovdur. 

Avtomobillər deformasiyaya uğradığından yaralılar nəqliyyat vasitələrindən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


*** 19:13

İmişli rayonunda yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, üç avtomobil toqquşub, üç nəfər xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi