İmişlidə sürücü qıcolama nəticəsində avtomobili aşırıb - VİDEO - YENİLƏNİB

İmişlidə sürücü qıcolama nəticəsində avtomobili aşırıb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
3 Fevral , 2019 21:44
İmişlidə sürücü qıcolama nəticəsində avtomobili aşırıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***12:58

İmişli. 3 fevral. REPORT.AZ/ İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün saat 11:10 radələrində İmişli-Şahverdili yolunda qeydə alınıb.

İmişli şəhər Depo küçəsində yaşayan, 1982-ci il təvəllüdlü Əliyev Elvin Əyub oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, anidən qıc olduğunu gördükdə özünü itirərək yerə atılıb, maşın isə yolun kənarına aşıb. Sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi