Yuxarı
    Bağlamaq

    Sumqayıt sakini “KaMAZ”dan yıxılaraq xəsarət alıb

    Faktla bağlı araşdırma aparılır

    İmişli. 3 dekabr. REPORT.AZ/ İmişli rayonunda bədbəxt hadisə baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında, rayon mərkəzinin yaxınlığındakı daş bazarında qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhəri, Bağlar qəsəbəsi, 8-ci məhəllə sakini, 33 yaşlı Əli Kamil oğlu Əliyev “KaMAZ” markalı yük maşınından daş boşaldarkən ehtiyatsızlıqdan yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Ə. Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər tərəfindən müayinələr aparılmaqla ona ilk tibbi yardım göstərilir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi