İmişlidə silsilə oğurluqlar törədən cinayətkar qrup saxlanılıb - VİDEO

İmişlidə silsilə oğurluqlar törədən cinayətkar qrup saxlanılıb - VİDEO İmişli rayonunda müxtəlif ünvanlardan yerli sakinlərə məxsus qızıl-zinət əşyaları, həmçinin iri və xırda buynuzlu mal-qara oğurluğu ilə məşğul olan beş nəfərdən ibarət cinayətkar dəstə yaxalanıb.
Hadisə
26 Aprel , 2019 22:29
İmişlidə silsilə oğurluqlar törədən cinayətkar qrup saxlanılıb - VİDEO

İmişli rayonunda müxtəlif ünvanlardan yerli sakinlərə məxsus qızıl-zinət əşyaları, həmçinin iri və xırda buynuzlu mal-qara oğurluğu ilə məşğul olan beş nəfərdən ibarət cinayətkar dəstə yaxalanıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, ilk olaraq rayonun Məzrəli kənd sakini Şahbazlı Surət Ələmşah oğlu Polis şöbəsinə müraciət edərək, evindən 12 min 250 manat dəyərində qızıl-zinət əşyalarının, 130 manatlıq isə dəmir pulların oğurlandığını bildirib.

Müraciət əsasında aparılan cinayət-axtarış əməliyyatı zamanı hadisəni törədən şəxlsər müəyyən edilib. Məlum olub ki, oğurluğu İmişli rayon sakinləri İsmayılzadə İsmayıl Yaşar oğlu və Əliyev Azər Bəxtiyar oğlu əlbir olaraq törədib.

Həmçinin istintaqın gedişatı zamanı dəstənin digər üzvləri də müəyyən edilib və onların müxtəlif ünvanlarda törətdiyi oğurluqların üstü açılıb.

Məlum olub ki, dəstə üzvlərindən Sadıqov Elşən Ramiz oğlu, Əliyev Azər Bəxtiyar oğlu və Fazilov Mirağa Mənsim oğlu martın 18-i gecə saatlarında İmişli şəhər sakini Mustafayeva Qutais Qiyas qızına məxsus həyət evinin saxlanc yerinə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 1100 manat olan beş xırda buynuzlu heyvan oğurulayıblar. Bundan başqa, qrup üzvlərindən Sadıqov Elşən Ramiz oğlu və Əliyev Azər Bəxtiyar oğlu və İsmayılov Xəyyam Arif oğlu qabaqcadan əlbir olub mart ayının 26-da Məzrəli kənd sakini Ağayev Bəhruz Qurban oğlunun fərdi yaşayış evinin həyətindəki tövlədən bazar qiyməti 550 manat olan 4 baş qoyun oğurlayıblar. Bununla da kifayətlənməyən dəstə üzvləri Sadıqov Elşən Ramiz oğlu, Əliyev Azər Bəxtiyar oğlu və İsmayılov Xəyyam Arif oğlu rayonun Soltanmuradlı kənd sakini Süleymanova Nəzakət Hacıağa qızına məxsus həyətdəki tövlədən dəyəri 700 manat olan bir baş dana oğurlayıblar.

Saxlanılan şəxslər əməllərini etiraf edərək, peşman olduqlarını bildiriblər.

Hazırda fakla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 , 177.2.2 , 177.2.3 madəlləri üzrə istintaq işi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi