İmişlidə qadın bədbəxt hadisə nəticəsində öldü

İmişlidə qadın bədbəxt hadisə nəticəsində öldü İmişli rayonunda 56 yaşlı qadın elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Hadisə
21 Fevral , 2020 09:15
İmişlidə qadın bədbəxt hadisə nəticəsində öldü
google.az

İmişli rayonunda 56 yaşlı qadın elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

"Report"un xəbərinə görə, hadisə fevralın 20-də, saat 20 radələrində rayonun Çanar kənd ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü ildə Laçın rayonunda anadan olan, Çanar kəndində qeydiyyatda olan Gülnaz Mustafayeva həyat yoldaşına aid fərdi yaşayış evinin giriş hissəsində elektrik lampasını yandırmaq istəyərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı İmişi Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi