İmişlidə piyadanın ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır

İmişlidə piyadanın ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vahid Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
19 Mart , 2020 14:19
İmişlidə piyadanın ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vahid Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.

Hakim Qurban Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında İmişli şəhərində baş verib.

Əliqulular kənd sakini Cəfərov Vahid Məhəmməd oğlunun idarə etdiyi "VAZ 2115" markalı avtomobil İmişli sakini, 1958-ci il təvəllüdlü Şəmmədov Yasin Zeynalabdin oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən İmişli rayon xəstəxanasında dünyasını dəyişib.

V.Cəfərova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi