Bakı. 17 oktyabr. REPORT.AZ/ İmişlidə dələduzluq edən şəxs yaxalanıb. "Report" xəbər verir ki, İmişli rayon sakini Qismət Dağıstan oğlu Yunisli Rayon Polis Şöbəsinə şikayət edib.
O, ərizəsində bildirib ki, Ramin Eldar oğlu Mehbalıyev onun inamından sui-istifadə edərək küllü miqdarda pulunu mənimsəyib.
Keçirilən əməliyyat zamanı İmişli rayonunun Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Mehbalıyev şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, R.Mehbalıyev özünü MTN əməkdaşı kimi təqdim edərək kirayə yaşadığı evin sahibinin oğlunu MTN Akademiyasına düzəltmək adı ilə aldadıb və Q.Yunislidən bu ilin may ayında 1 000 manat, iyun ayının ortalarında 1 000 manat, həmçinin iyun ayının axırlarında 2 800 ABŞ dolları, sonra isə 800 manat, bundan başqa, həmin ərəfədə 7 700 ABŞ doları, iyul ayının əvvələrində isə 4 000 manat pul alıb. Ümumilikdə isə R.Mehbalıyev Q.Yunislidən 10 500 ABŞ dolları və 6 800 manat pul alaraq onu adadıb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



