Yuxarı

​İmişlidə motosiklet aşıb, sürücü yaralanıb

Qəza zamanı sürücünün sərxoş olduğu ehtimal edilir

Bakı. 21 yanvar. REPORT.AZ/ İmişlidə bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə gecə saatlarında rayonun Göbəktala kəndi ərazisində qeydə alınıb.

İmişli şəhər sakini, 38 yaşlı Rəşad Arif oğlu Qasımov idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə baş verən zaman sürücünün sərxoş olduğu ehtimal edilir.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi