İmişlidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var

İmişlidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Hadisə
4 Noyabr , 2017 21:22
İmişlidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var

İmişli. 4 noyabr. REPORT.AZ/ İmişli rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Cəfərli yolu adlanan ərazidə qeydə alınıb. 

Belə ki, "Jiquli" markalı iki avtomobilin toqquşması nəticəsində rayon sakinləri - 37 yaşlı Şaiq Mehdixan oğlu Əhədov, 26 yaşlı Azad Faiq oğlu Beydullayev, 26 yaşlı Ramil Rahil oğlu Mənsimov və 22 yaşlı Dünyamin Camal oğlu Rəfiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım aldıqdan sonra travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi