İmişlidə minik avtomobilləri toqquşub, xəsarət alan var

İmişlidə minik avtomobilləri toqquşub, xəsarət alan var İmişli rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
10 Noyabr , 2019 22:05
İmişlidə minik avtomobilləri toqquşub, xəsarət alan var

İmişli rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər veri ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

“VAZ-21015” markalı avtomobillə “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində İmişli sakini, 1993-cü il təvəllüdlü Sultanlı Namiq Adil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi