İmişlidə minik avtomobili motosikletlə toqquşub, xəsarət alan var

İmişlidə minik avtomobili motosikletlə toqquşub, xəsarət alan var İmişli. 21 sentyabr. REPORT.AZ/ İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
21 Sentyabr , 2018 22:37
İmişlidə minik avtomobili motosikletlə toqquşub, xəsarət alan var

İmişli. 21 sentyabr. REPORT.AZ/ İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Qaralar kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Əmənov Vəli Xosrov oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən motosikletin sürücüsü avtomobilin ön şüşəsinə çırpılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan V.Əmənov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, sürücünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi