İmişlidə minik avtomobili aşıb, sürücü yaralanıb

İmişlidə minik avtomobili aşıb, sürücü yaralanıb Hadisə onun idarəetməni itirməsi nəticəsində baş verib
Hadisə
25 mart 2017 18:21
İmişlidə minik avtomobili aşıb, sürücü yaralanıb

İmişli. 25 mart. REPORT.AZ/ İmişlidə 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 37 yaşlı Eldəniz Famil oğlu Hüseynov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi