​İmişlidə minik avtomobili aşıb, sürücü xəsarət alıb

​İmişlidə minik avtomobili aşıb, sürücü xəsarət alıb Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb
Hadisə
12 May , 2016 21:36
​İmişlidə minik avtomobili aşıb, sürücü xəsarət alıb

Bakı. 12 may. REPORT.AZ/ İmişlidə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Boşcalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Beyləqan rayonunun İmamverdilər kənd sakini, 68 yaşlı Mətləb Surxay oğlu Əliyev idarə etdiyi “Vaz-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşıda gələn maşının işığı gözünə düşdüyündən idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi