Yuxarı

​İmişlidə kənd qəbiristanlığında başdaşları sındırılıb

Bu barədə polisə müraciət olunub

İmişli. 1 avqust. REPORT. AZ / İmişli rayonunda kənd qəbiristanlığında qəbir daşları naməlum şəxslər tərəfindən sındırılaraq aşırdılıb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qızılkənd kənd qəbiristanlığında baş verib.
Belə ki, səhər saatlarında yaxınlarının qəbirlərini ziyarətə gələn sakinlər bu xoşa gəlməz mənzərənin şahidi olublar. Sakinlər qəbiristanlıq ərazisində bəzi məzar  daşlarının sındırılaraq dağıdıldığını görüblər. Kənd sakinləri 1974-cü ildən salınan qəbiristanlıqda ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını bildiriblər.

Kənd qəbiristanlığı Biləsuvar ərazisinin olduğu üçün bu barədə Biləsuvar polis şöbəsinə müraciət olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi