İmişlidə itkin düşən şəxsin öldürülərək gölə atıldığı məlum olub - YENİLƏNİB-2

İmişlidə itkin düşən şəxsin öldürülərək gölə atıldığı məlum olub - YENİLƏNİB-2 İmişlidə itkin düşən şəxsin öldürülərək gölə atıldığı məlum olub.
Hadisə
26 İyul , 2019 19:13
İmişlidə itkin düşən şəxsin öldürülərək gölə atıldığı məlum olub - YENİLƏNİB-2

İmişlidə itkin düşən şəxsin öldürülərək gölə atıldığı məlum olub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi iyulun 20-də rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, əslən Füzuli rayonundan məcburi köçkün düşmüş və İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadur oğlu yaxın qohumu, Füzuli rayonunun Horadiz şəhərində qeydiyyatda olan 1969-cu il  təvəllüdlü Verdiyev Polad Ərşad oğlunu dəmir parçası ilə vuraraq öldürüb.

Daha sonra cəsədi yaxınlıqda olan gölə atıb. Hazırda cəsədin sudan çıxarılması üçün FHN-in dalğıcları əraziyə cəlb edilib, axtarışlar davam etdirilir.


*** 18:26

İmişli rayonunda göldən tapılan meyitin kimə məxsus olduğu müəyyən edilib.

"Report"un yerli bürosu xəbər verir ki, meyitin Füzuli rayon sakini, 1969-cu il təvəllüdlü Polad Ərşad oğlu Verdiyevə məxsus olduğu məlum olub. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 17:42

İmişli rayonunda göldən 50-55 yaşlı kişinin meyiti tapılıb. 

"Report"un yerli bürosu xəbər verir ki, meyit rayonun Çaxırlı kəndi ərazisində yerləşən göldən tapılıb. 

FHN-in dalğıcları tərəfindən sudan çıxarılan meyitin üzərində zorakılıq əlamətləri olduğundan onun öldürülərək gölə atıldığı ehtimal edilir. 

Meyitin kimə aid olduğu hələlik məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanalarının əməkdaşları cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi