İmişlidə iki yol qəzası baş verib, yaralananlar var - FOTO - YENİLƏNİB

İmişlidə iki yol qəzası baş verib, yaralananlar var - FOTO - YENİLƏNİB İmişli rayonunda iki yol qəzası baş verib.
Hadisə
21 Mart , 2019 13:08
İmişlidə iki yol qəzası baş verib, yaralananlar var - FOTO - YENİLƏNİB
Report

İmişli rayonunda iki yol qəzası baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisələrdən biri İmişli-Mirili avtomobil yolunun Bəcirəvan kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə İmişli rayon, Qulubəyli kənd sakini, 1975-ci il təvəllüdlü, sürücü Qasımov Elxan Məhərrəm oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib. Amma vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.


*** 11:38

Digər qəza isə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayon, Məhəmmədli kəndindən keçən hissəsində baş verib. Hadisə zamanı "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə İmişli rayon sakini, 1958-ci il təvəllüdlü, sürücü Cəbiyev Əlisafa Cəbi oğlu xəsarət alıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi