İmişlidə idarənin elektrik naqilləri kəsilərək oğurlanıb

İmişlidə idarənin elektrik naqilləri kəsilərək oğurlanıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
14 Fevral , 2017 11:47
İmişlidə idarənin elektrik naqilləri kəsilərək oğurlanıb

Bakı. 14 fevral. REPORT.AZ/ İmişli rayonunda idarənin elektrik naqilləri kəsilərək oğurlanıb.

“Report”un məlumatına görə, hadisə fevralın 13-də rayonda yerləşən İmişli İşarəvermə və Rabitə İdarəsində baş verib.

Belə ki, naməlum şəxs və ya şəxslər İdarənin ərazisinə daxil olaraq, işlək vəziyyətdə olan 125 metr elektrik naqilini kəsərək oğurlayıblar.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul şəhər sakinləri Cəsarət Abdullayev və Fərid Səmədov tutulublar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi