İmişlidə ferma yanıb - VİDEO

İmişlidə ferma yanıb - VİDEO İmişli rayonunda ferma yanıb.
Hadisə
29 İyul , 2019 19:22
İmişlidə ferma yanıb - VİDEO

İmişli rayonunda ferma yanıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Otuziki kəndində yerləşən Qismət Qoca oğlu Quliyevə məxsus mal-qara fermasında baş verib.

Yanğın zamanı fermanın yanar konstruksiyaları və içəridə olan 1000-dən çox ot bağlaması yanıb. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə fermanın həyətində tullantıların yandırılması səbəbi ilə baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi