Yuxarı

​İmişlidə evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb

Tuqay Cahangirov əvvələr narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilib

Bakı. 25 noyabr. REPORT.AZ/ İmişli şəhərində silsilə oğurluq edən rayon sakini saxlanılıb.

"Report" xəbər verir ki, oğurluq faktı noyabr ayının 9-da şəhərin Meliorator qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Pərviz Allahverdiyev İmişli rayon polis şöbəsinə müraciət edərək evində oğurluq törədildiyini bildirilib. Daxil olan müraciət əsasında, rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılıb. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən şəxs, Meliorator qəsəbə sakini Tuqay Ağəli oğlu Cahangirov isti izlərlə saxlanılıb. Həmçinin araşdırma zamanı saxlanılan şəxsin İmişli şəhərində törətdiyi digər oğurluqları da məlum olub.

Onun bundan əvvəl İmişli sakini Elman Madər oğlu Abdullayevin evindən 2000 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 50 manat pul, Təranə Ceyhun qızı Əsgərovaya məxsus mənzilindən isə müxtəlif ev əşyaları oğurladığı aşkarlanıb.

Hazırda faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, saxlanılan şəxsin daha əvvələr narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə də məhkumluq həyatı yaşadığı bildirlir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi